BİZNES

21 Dekabr

"Doğuş Teknoloji" Azərbaycanda rəqəmsal transformasiyaya flaqmanlıq edir

Şirkət iqtisadiyyatı sürətlə inkişaf edən və hər bir sektoru rəqəmsal transformasiya tələb edən Azərbaycanda  “Future Forward: Automate Secure” adlı tədbir keçirib. Tədbirdə ölkənin informasiya texnologiyaları ekosisteminin aparıcı simaları iştirak edib. "Doğuş Teknoloji"nin texnologiya əməliyyatları və kibertəhlükəsizlik üzrə Baş direktor müavini Eray Gözener Türkiyədə olduğu kimi, Azərbaycanın texnoloji transformasiyasında da aparıcı və həlledici rol oynamaq istədiklərini vurğulayıb.

Fins.az xəbər verir ki, texnologiya dünyasının transformasiyasına liderlik edən "Doğuş Teknoloji" Azərbaycan informasiya texnologiyaları dünyasının ən önəmli simalarını bir araya gətirən tədbir təşkil edib. Dekabrın 19-da “Hilton Baku” hotelində keçirilən “Future Forward: Automate Secure” adlı tərəfdaşlıq tədbirində texnoloji dəyişikliklərə səbəb olan ən aktual məsələlər müzakirə olunub və Doğuş Teknoloji tərəfindən təklif olunan həllər təqdim edilib.

"Doğuş Teknoloji"nin texnologiya əməliyyatları və kibertəhlükəsizlik üzrə Baş direktor müavini Eray Gözener çıxışında bildirib: "Azərbaycanda informasiya texnologiyaları sektoru sürətlə inkişaf edir. Biz rəqəmsal transformasiya, süni intellekt, məlumatların idarə edilməsi və kibertəhlükəsizlik sahələrində aparıcı tətbiqlərimiz və həllərimizlə tanınan bir şirkətik. Belə sürətlə inkişaf edən ölkədə qabaqcıl texnologiyalarımızı və tətbiqlərimizi tanıtmaq istədik və iştirakçılara ruhlandırıcı təcrübələr təqdim etməyi qarşımıza məqsəd qoyduq. Biz Türkiyədə olduğu kimi, Azərbaycanın da texnoloji transformasiyasında aparıcı və həlledici rol oynamaq istəyirik. Bu ölkədə dəyişiklik və innovasiyanın qapılarını açmağa çalışırıq".

Rəqəmsal transformasiya sahəsindəki vacib məsələlər müzakirə edildi

Brandefense, Monofor, Caspisec, HPE Aruba və Netex kimi biznes tərəfdaşları tərəfindən dəstəklənən Doğuş Teknolojinin tərəfdaşlıq tədbirində robot proseslərinin avtomatlaşdırılması (RPA) texnologiyasının üstünlükləri vurğulanaraq, yeni məzun olan işçinin gördüyü işləri yerinə yetirən "virtual işçi" konsepsiyası təqdim edildi. Virtual işçilərin üstünlükləri arasında 7/24 işləmə xüsusiyyəti ilə fasiləsiz xidmət, artan məhsuldarlıq, işçilərin daha dəyərli işlərə yönəldilməsi və korporativ yaddaşın qorunması ön planda idi.

Kibertəhlükəsizliyə gəlincə isə, identifikasiya və girişin idarə edilməsindən tutmuş təhlükəsiz giriş xidmətinə (SASE) qədər bir çox məsələlərə diqqət yetirildi.  Bu texnologiyaların təşkilatları gücləndirməsinə imkan verən bir neçə strategiya sadalandı. Xüsusilə identifikasiya və girişin təhlükəsiz idarəedilməsində çoxfaktorlu autentifikasiya, imtiyazlı giriş idarəetməsi və uzaqdan işləyən işçi qrupları üçün təhlükəsiz birdəfəlik giriş kimi məsələlər vurğulanmışdır.

"Doğuş Teknoloji" haqqında:

"Doğuş Teknoloji" şirkəti 2012-ci ildə informasiya texnologiyaları sahəsində dəyər yaratmaq məqsədi ilə yaradılıb. Hazırda 10-dan çox sektorda bir çox şirkətə xidmət göstərən, müştəriyə fokuslanan, xüsusi hazırlanmış texnoloji həllər təklif edən, eyni zamanda araşdırma mərkəzi olan bir texnologiya şirkətidir. Şirkət orta yaş həddi 33 olan 400-dən çox işçisi ilə yeni texnologiyaları yaxından izləyir, çevik və etibara əsaslanan iş mədəniyyəti ilə İT sektorunun qabaqcıl şirkətləri arasındadır. Türkiyədə və qlobal bazarda texnologiyanı inkişaf etdirən bir marka olaraq avtomobil, maliyyə, faktorinq, operativ lizinq, nəqliyyat vasitələrinin yoxlanılması, sığorta proqramları, loyallıq proqramları və e-ticarət sistemləri kimi bir çox sahədə texnologiya xidmətləri dəstəyi verir. Şirkət 24 müxtəlif qlobal biznes tərəfdaşının gücü və dəstəyi ilə RPA, məlumat analitikası və proqnozlaşdırma, süni intellekt və maşın öyrənməsi, Generativ AI, mobil və veb-proqramlar, ERP və CRM kimi müəssisə həllərində qabaqcıl təcrübəyə malikdir.

 

Daha ətraflı məlumat üçün: F5 İletişim Yönetimi- LEWIS+ Partner –[email protected] 

Murat Demirok – [email protected] / 0533 730 58 53

Nergiz Bozyiğit – [email protected] / 0532 3739270