BİZNES

20 Dekabr

İqtisadi Zonaların İnkişafı Agentliyinin Müşahidə Şurasının iclası keçirilib

İqtisadi Zonaların İnkişafı Agentliyinin Müşahidə Şurasının iclasında 2023-cü ildə agentlik tərəfindən həyata keçirilən tədbirlər və onların nəticələri barədə məlumat verilib, qarşıya qoyulmuş prioritet istiqamətlər müzakirə edilib.

Qurumdan Fins.az-a verilən məlumata görə, dekabrın 20-də İqtisadiyyat Nazirliyinin İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) Müşahidə Şurasının növbəti iclası keçirilib.

Müşahidə Şurasının sədri, iqtisadiyyat nazirinin müavini Səməd Bəşirlinin sədrliyi ilə keçirilən iclasda İZİA-nın İdarə Heyətinin sədri Elşad Nuriyev 2023-cü ildə sənaye zonaları və aqroparklarda görülmüş işlər və əldə edilmiş nəticələr barədə məlumat verib. Qurumun daxili audit hesabatı dinlənilib, növbəti il üzrə büdcə proqnozu nəzərdən keçirilib.

İclasda 2024-cü il üzrə qarşıya qoyulmuş prioritet inkişaf istiqamətləri, baxılmaqda olan layihələrlə bağlı müzakirələr aparılıb. Agentliyin strukturunun təkmilləşdirilməsi, sənaye zonalarında rezidentlərə xidmət göstərəcək təsərrüfat cəmiyyətinin yaradılması barədə təkliflər təhlil edilib.

Fuad Mədətov
Fins.az