Türkiyənin İsveçrədən qızıl idxalı oktyabr və noyabr aylarında əvvəlki ayla müqayisədə artıb.
Fins.az İsveçrə Federal Gömrük İdarəsinin saytında yer alan məlumatlara istinadən xəbər verir ki, Türkiyə noyabr ayında İsveçrədən 8,8 ton qızıl idxal edib. Oktyabrda bu ölkədən qızıl idxalı 7,7 ton olub.
Qızıl Alınan tədbirlərin qızıl idxalına təsiri ilə sentyabr ayında İsveçrədən qızıl idxalı 7 tonun altına düşüb. Lakin oktyabr və noyabr ayları bu ölkədən qızıl idxalının yenidən artdığına diqqət çəkib.
Noyabrda İsveçrənin ümumi qızıl ixracı Hindistanda tələbin sürətlə azalması səbəbindən azalıb. Noyabrda ölkənin ümumi qızıl ixracı 109,7 ton olub. Oktyabrda bu ixrac 151,3 ton səviyyəsində olub.
Ölkənin Hindistana qızıl ixracı noyabrda 67 faiz azalaraq 16,4 tona düşüb. Eyni dövrdə Çinə satışlar 10 faiz artaraq 25 tona çatıb.
İngiltərənin İsveçrədən qızıl idxalı 3,2 tondan 8,6 tona yüksəldiyi halda, ABŞ-ın qızıl idxalı 0,4 tona qədər azalıb.
Günel Məlikzadə
Fins.az