BİZNES

18 Dekabr

Böyük Britaniya idxal olunan məhsullara karbon vergisi tətbiq edəcək

Böyük Britaniya Maliyyə Nazirliyinin bəyanatına görə, sərhəd karbon tənzimlənməsi mexanizminin məqsədi gələcəkdə ölkəyə karbon sızması riskini azaltmaq və iqtisadiyyatın karbonsuzlaşmasına töhfə verməkdir.

Fins.az Bloomberg-ə istinadən xəbər verir ki, bu çərçivədə 2027-ci ildən etibarən alüminium, polad, keramika, gübrə, şüşə, hidrogen, dəmir və polad sektorlarında idxal edilən məhsullara karbon vergisi tətbiq ediləcək.

Tətbiq ediləcək vergi idxal olunan malların istehsal prosesi zamanı karbon emissiyalarının miqdarına və əgər varsa, mənşə ölkəsində tətbiq edilən karbon qiyməti ilə İngiltərədəki istehsalçılara tətbiq edilən karbon qiyməti arasındakı fərqə görə müəyyən ediləcək.

Günel Məlikzadə
Fins.az