İş dünyasına görə 2024-cü ildə şirkətləri gözləyən ən əhəmiyyətli risklər zəif daxili və xarici tələb, yüksək inflyasiya, maliyyələşdirmə xərcləri və TL-də real dəyər artımı kimi sıralanır. Bundan əlavə, minimum əmək haqqının artırılması kadr xərclərinin 20 faizə yaxın artmasına səbəb ola bilər.
Fins.az Bloomberg-ə istinadən xəbər verir ki, 2024-cü ilə sayılı günlər qalarkən gözləntilər dilə gətirilərkən, real sektorun performansı və verəcəyi imtahanlarla bağlı proqnozlar daha da əhəmiyyət kəsb edib. Büdcə müzakirələri zamanı Türkiyə vitse-prezident Cevdet Yılmaz 2024-cü ildə real sektora dəstək üçün büdcədən 376,5 milyard lirə vəsait ayrılmasını nəzərdə tutduqlarını açıqladı. Bəs, gələn il bu müavinət real sektor üçün kifayət edəcəkmi?
31 Mart 2024-cü ildə keçiriləcək Türkiyə yerli seçkiləri siyasi tərəfdə gərgin bir marafona işarə etsə də, seçki prosesi zamanı iqtisadiyyatla bağlı atılacaq addımlar sektorlar tərəfindən yaxından izlənəcək. İnvestorlar hökumətin diqqətinin iqtisadiyyata dəstəyi yenidən artıracağına dair gözləntilərini dilə gətirsələr də, gözlənilən inflyasiya qarşısında veriləcək təşviqlərin kafi olub-olmayacağı böyük sual işarəsidir. Əslində, seçki mühitində artımı qurban verəcək, inflyasiyanı azaltmağa çalışacaq iqtisadi rəhbərliyin atacağı addımların hər zamankindən daha kritik olacağı bildirilir.
Günel Məlikzadə
Fins.az