BİZNES

14 Dekabr

Azərbaycan və Türkiyə arasında ticarətin dövriyyəsinin həcmi 15% artıb

2023-cü ilin ilk 10 ayı ərzində Azərbaycan və Türkiyə arasında ticarətin dövriyyəsinin həcmi ötən ilin 12 ayı ilə müqayisədə 15% artıb.

Fins.az xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov türkiyəli həmkarı Hakan Fidanla birgə mətbuat konfransında deyib.

Onun sözlərinə görə, 2024-cü ilin tam yekunları üçün hələ bir qədər tez olsa da, böyük mənada rəqəmlər və statistika mövcuddur:

“Onu qeyd etmək kifayət edər ki, 2023-cü ilin ilk 10 ayında ticarət dövriyyəmiz 7 milyard dollara yaxınlaşaraq 2022-ci ilin 12 aylıq dövriyyəsini artıq 15% üstələyib. Təbii ki, ilin yekunları üzrə rəqəmlər daha da müsbət, daha möhtəşəm olacaq”.

C.Bayramov onu da qeyd edib ki, Azərbaycan Türkiyə iqtisadiyyatına 20 milyard ABŞ dollarına yaxın investisiya qoyub:

“İllər ərzində Azərbaycan tərəfindən Türkiyə iqtisadiyyatına 20 milyard, Türkiyə tərəfindən Azərbaycan iqtisadiyyatına 15 milyard ABŞ dolları həcmində investisiya qoyulub. Bu müddət ərzində Azərbaycan tərəfindən dövlət vəsaitləri hesabına sifariş edilən çoxsaylı layihələr, daha dəqiq desək, 330-dan artıq Türkiyə şirkəti tərəfindən ümumi dəyəri 17 milyard dollara yaxın layihələr Azərbaycanda icra olunub. 4 minə yaxın Türkiyə investisiyalı şirkət ən müxtəlif istiqamətlərdə Azərbaycanda fəaliyyət göstərir”.

Fuad Mədətov
Fins.az