Bu ilin ilk 10 ayında Azərbaycanın xarici ticarət dövriyyəsi 37 milyard 367 milyon dollar olub.
Fins.az xəbər verir ki, bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov deyib.
Onun sözlərinə görə, ixrac 23 milyard 193 milyon, idxal isə 14 milyard 174 milyon dollar olub. Bu müddətdə idxal 4,6 faiz artsa da, ixrac 7,7 faiz azalıb.
Millət vəkili onu da vurğulayıb ki, bu dövrdə ərzaq məhsullarının idxalında da artımlar qeydə alınıb:
“Mal ətində idxal 93,3 faiz, siqaretlərdə 48,9 faiz unlu qənnadı məmulatlarında 12,7 faiz, şokolad və şokolad məhsullarında 12,6 faiz, təzə tərəvəzdə 4,9 faiz artıb”.
Fuad Mədətov
Fins.az