BİZNES

14 Dekabr

Bu il Naxçıvanda 5.521 yeni vergi ödəyicisi qeydiyyata alınıb

2023-cü ilin yanvar-noyabr ayları ərzində Naxçıvan Muxtar Respublikasında 5.521 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bunların 90,5%-i fiziki, 9,5%-i hüquqi şəxslər və digər təşkilatlar olub.

Fins.az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib.

Vurğulanıb ki, ötən ilin eyni dövrü ilə müqayisədə qeydiyyata alınmış vergi ödəyicilərinin sayı 1,9 dəfə, o cümlədən fiziki şəxslərin sayı 1,7 dəfə, hüquqi şəxslərin sayı isə 18 dəfə artıb.

Yanvar-noyabr aylarında kommersiya qurumlarının 66%-i elektron qaydada, 34%-i isə kağız daşıyıcılar vasitəsilə müraciətlər əsasında uçota alınıb.

Fuad Mədətov
Fins.az