BİZNES

14 Dekabr

MİLLİ BREND: “PRO GLASS” şirkəti

Azərbaycanda şüşə sistemləri məhsulları və müxtəlif növ pəncərə sistemlərini həyata keçirən və qısa zaman kəsiyində böyük uğurlara imza atan “PRO GLASS” MMC qarşısına qoyduğu bütün hədəflərə tez bir zamanda çatması ilə fərqlənir.

Fins.az xəbər verir ki, “PRO GLASS” şirkəti 2019-cu ildə təsis edilib və 12 illik istehsal təcrübəsi, öz sahələrindəki profisional rəhbər və mütəxəssis heyəti müəssisəmizin uğurlarının təməlidir.

“PRO GLASS” MMC yarandığı gündən yüksək keyfiyyəti və müştəri məmnuyyətini hər zaman diqqət mərkəzində saxlayıb. Xarici və yerli brend markalarla tərəfdaş olan şirkətimiz öz istehsal sahəsində ki, yüksək keyfiyyətli avadanlıqlarıyla göz oxşayan və keyfiyyətli məhsullarını müştərilərinə təklif edib.

Üzərinə götürdüyü bütün layihələrə tam məsuliyyətlə yanaşan “PRO GLASS” MMC bütün müştərilərinin rəğbət və inamını qazanıb.

“PRO GLASS” MMC keyfiyyəti və güvənirliyi ilə tanınan gördüyü işlərə tam zəmanət verən mükəmməl bir şirkətdir.

Fuad Mədətov
Fins.az