BİZNES

13 Dekabr

Türkiyənin Azərbaycana elektrik avadanlıqları ixracı artıb

Türkiyə 2023-cü ilin yanvar-noyabr aylarında Azərbaycana elektrik avadanlıqları ixracını ötən ilin eyni dövrü ilə müqayisədə 23,4 faiz artıraraq 232,8 milyon dollara çatdırıb.

Fins.az-ın məlumatına görə, bu barədə Türkiyə Ticarət Nazirliyinin yayımladığı məlumatda bildirilib.

Noyabr ayında Türkiyə Azərbaycana elektrik avadanlıqları ixracatını 2022-ci ilin eyni ayı ilə müqayisədə 41 faiz artıraraq, 24,2 milyon dollara çatdırıb.

Qeyd edək ki, 2023-cü ilin yanvar-noyabr aylarında Türkiyənin elektrik avadanlıqları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 8,1 faiz artaraq, 14,8 milyard dollara bərabər olub.

Bu ilin noyabr ayında Türkiyə 1,4 milyard dollar məbləğində elektrik avadanlıqları ixrac edib ki, bu da keçən ilin oktyabr ayı ilə müqayisədə 2 faiz azdır.

Son 12 ay ərzində (noyabr 2022-noyabr 2023) Türkiyə 16,3 milyard dollar məbləğində elektrik avadanlıqları ixrac edib.

Fuad Mədətov
Fins.az