BİZNES

13 Dekabr

MİLLİ BREND: “Fenstar” pəncərə şirkəti

Azərbaycanda 2010-cu ildən PVC, alüminium pəncərə və qapıların, cəbhə və sürmə sistemlərin istehsalına başlayan “Fenstar” şirkəti Almaniyanın “Kömmerling” , “Rehau” , “Roto”, “Renolit” , Türkiyənin “Pimapen”, “Adopen” , “Akpa” “Fornax” , Azərbaycanın “Vəliev”, “Evaks” şirkətlərinin məhsullarından istifadə edir və Azərbaycanda bu sektorun lideri sayılır.

Fins.az xəbər verir ki, şirkət 2003-cü ildə Türkiyənin Ankara şəhərində fəaliyyətə başlamışdır. 2004-2007-ci illərdə Türkiyənin Ankara və digər şəhərlərində, Yaxın Asiya ölkələrində PVC və alüminium layihəli işlər həyata keçirmişdir. Hazırda şirkət 1200 kv/m ərazisi olan PVC və alüminium fabrikasında 2015-ci ildən CNC proqramı ilə təchiz edilmiş kəsim, ikitərəfli qaynaq dəzgahları ilə istənilən ölçü, rəng və dizaynda pəncərə, qapı, cəbhə, sürmə və s. sistemlər istehsal edir. Yüksək texnoloji avadanlıqlar ilə istəyə uyğun olaraq forma və ölçüdə, sadədən ən mürəkkəbə qədər geniş çeşiddə məhsullar istehsal etməyə imkan verir.

Ən böyük Avropa istehsalçılarının (Pimapen, Deceuninck, Kömmerling, Adopen, Akpa) yüksək keyfiyyətli profillərindən hazırlanmış PVC və alüminium pəncərələr evinizdə istilik, səs, su izolyasiyasını təmin edir.

Ofis və satış şöbələrində çalışan yerli və əcnəbi işçilərdən ibarət konstruktiv, operativ və işgüzar kollektivimiz ilə artıq 18 ildən çoxdur ki, Bakıda və bölgələrdə müştərilərin məmnunluğu və rahatlığı üçün fəaliyyət göstərir. Davamlılıq və etibarlılıq, texniki xidmətin üstünlüyü, estetik cəhətdən cəlbedicilik və erqonomik dizayn - bütün bunlar pəncərələri əsas üstünlükləridir. Müasir alüminium və PVC pəncərələrin bu üstünlüklərini yalnız “ Fenstar ” pəncərələrini tərcih edənlər hiss edəcək. “Fenstar” şirkətindən PVC pəncərələr - bu yalnız üstün keyfiyyət və ən yüksək xidmət deyil, həm də büdcəyə qənaətdir.

Fuad Mədətov
Fins.az