Dekabrın 12-də müasir Azərbaycan dövlətinin memarı və qurucusu, dünyaşöhrətli siyasi xadim, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin vəfatının 20-ci ildönümündə “AzerGold” Qapalı Səhmdar Cəmiyyəti (QSC) və onun törəmə şirkətləri – “Daşkəsən Dəmir Filiz” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) və “AzerBlast” MMC-nin rəhbərliyi və kollektivi Fəxri Xiyabanı ziyarət edib.
Qurumdan Fins.az-a verilən məlumata görə, ziyarət iştirakçıları Ulu Öndərin məzarı önünə əklil və gül dəstələri qoyub, dahi şəxsiyyətin əziz xatirəsini dərin hörmət və ehtiramla yad ediblər.
Günel Məlikzadə
Fins.az