BİZNES

12 Dekabr

Gələn il Azərbaycanın istehsal etdiyi LED lampalar Afrika ölkələrinə ixrac oluna bilər

LED lampa fabrikinin bugünkü gündə istehsal gücü Azərbaycanın təlabatının 10/1-i qədərdir.

Bunu Fins.az-a müsahibəsində “Zəfəroğlu Elektrik" MMC-nin rəhbəri Zəfər Məmmədov deyib.

O, bildirib ki, hazırda bazarda istehsalatla yanaşı, xarici ölkələrdən məhsulların gətirilməsi də intensiv hal alıb:

“Hesab edirik ki, məhsullarımızın bazara bir hissəsini saldıqdan sonra təlabata uyğun olaraq bazarda satışı gücləndirək. Bazarın ən azı 30%-nı təmin etməyi düşünürük. Paralel olaraq da xarici ölkələrə ümumi satışı üçün ilkin addımlar atmışıq. Biz ilk olaraq Qırğızıstan, Rusiya bazarında LED lampaların satışını düşünürük və  burada ilkin araşdırmalar aparırıq. Hətta həmin ölkələrdə satılan lampaların bir neçəsini öz laboratoriyamızda yoxlayıb və məhsullarımızın keyfiyyətinin heç də onlardan əskik olmadığının şahidi olduq. Beynəlxalq standartlara cavab verdiyimiz üçün ixracla bağlı 2 ölkə üzrə danışıqlara başlamışıq”.

Z.Məmmədov qeyd edib ki, 2024-cü ildə biznesin inkişaf perspektivlərindənd əd danışıb. O,  vurğulayıb ki, ilk olaraq 2023-cü ildə lampa fabrikinin inkişafı üçün ciddi addımlar atıldı və Çinin bir neçə şirkətiylə əməkdaşlığa başlanıldı. Sahibkarın sözlərinə görə, məhsullarının çeşidlərini artırmaqla gələn il üçün layihələrinin müəyyən bir hissəsini ilkin addımlarına başlanılıb:

“Bu il bizim üçün uğurlu il oldu. Bu hazırladığmız layihələr gələn il başa vurularsa, fabrikimizin işçilərinin sayını 2 dəfə və istehsal həcmini ən azı 3 dəfə artırmağı düşünürük. 2024-cü il üçün qarşımıza qoyduğumuz hədəflər 4 ölkəyə məhsullarımızın ixracını düşünürük. Yerli bazarı daha da ciddi araşdırıb və bütün regionlarda nümayəndəliyimizi yerləşdirməkdir, o cümlədən məhsul çeşidlərimizi artırmaqdır. Çox maraqlı səslənsə də bunlardan biri qardaş ölkə Türkiyədir. Çünki  Türkiyədə lampa istehsalı ilə məşğul olan çox sayda fabriklər var və qardaş ölkəmizdə istehsalın güclü olmasına baxmayaraq, düşünürük ki, rəqabətə davamlıyıq. Bununla paralel, Afrika ölkələrini düşünürük və bunun üçün də araşdırmalarımızı aparırıq”.

Fuad Mədətov
Fins.az