BİZNES

11 Dekabr

İndiyədək Azərbaycanda quraşdırılan nəsil nəzarət-kassa aparatlarının sayı açıqlanıb

Dövlət Vergi Xidməti tərəfindən yeni nəsil nəzarət-kassa aparatlarının (NKA) tətbiqi istiqamətində işlər davam etdirilir.

Fins.az xəbər verir ki, DVX-nin məlumatına görə, indiyədək ölkə ərazisində 94.818 ədəd yeni nəsil NKA quraşdırılıb.

Belə NKA-lardan istifadə hesablaşmaların daha şəffaf aparılmasına, malların qanunsuz dövriyyəsinin qarşısının alınmasına və dövriyyəyə nəzarətin təmin edilməsinə imkan yaradıb.

2023-cü ilin yanvar-noyabr ayları ərzində yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 19 milyard 771,4 milyon manat olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,4 milyard manat, yaxud 14 faiz çoxdur.

Fuad Mədətov
Fins.az