BİZNES

10 Dekabr

ABŞ-ın xarici ticarət kəsiri 5,1% artıb

ABŞ-ın  xarici ticarət kəsiri oktyabr ayında bir əvvəlki aya görə 5,1% artaraq 64,3 milyard dollara çatıb. Bazar gözləntisi bu dövrdə xarici ticarət kəsirinin 64,1 milyard dollar olacağı idi. Son üç ayın ən yüksək səviyyəsinə çatan xarici ticarət kəsiri sentyabr ayında 61,2 milyard dollar olaraq qeyd edildi.

Fins.az xəbər verir ki, oktyabrda ölkənin ixracı 1% azalaraq 258,8 milyard dollar olarkən, idxal 0,2 faiz artaraq 323 milyard dollar olub.

Günel Məlikzadə
Fins.az