BİZNES

09 Dekabr

ABŞ-da iş yerlərinin sayı azalıb

ABŞ Əmək Departamenti oktyabr ayı üçün JOLTS vakansiya məlumatlarını açıqlayıb.

Fins.az xəbər verir ki, ölkədə açıq iş yerlərinin sayı oktyabr ayında bir əvvəlki aya görə 617 min azalaraq 8 milyon 733 minə çatıb.

Bazar gözləntilərinin altında olan boş iş yerlərinin sayının bu dövrdə 9 milyon 300 min olacağı gözlənilirdi. 2021-ci ilin mart ayından bəri ən aşağı səviyyəsini qeyd edən açıq iş yerlərinin sayı sentyabr ayında 9 milyon 350 min olub.

Bu dövrdə açıq iş yerlərinin sayının azaldığı sektorlar arasında səhiyyə və sosial dəstək, maliyyə və sığorta, daşınmaz əmlak olub. İnformasiya sektorunda açıq iş yerlərinin sayında artım müşahidə olunub.

İşə qəbul edilənlərin sayı da oktyabr ayında 18 min azalaraq 5 milyon 886 minə düşüb.

Eyni dövrdə istefalar və işdən çıxarılanlar da daxil olmaqla, işini tərk edənlərin sayı 51 min nəfər artaraq 5 milyon 646 min nəfərə çatıb.

Günel Məlikzadə
Fins.az