BİZNES

06 Dekabr

Azərbaycanın bu il qeyri-neft ixracının dəyəri 3 milyon ABŞ dollarından çoxdur

Bu ilin yanvar-noyabr aylarında Azərbaycanın qeyri-neft məhsullarının ixracının dəyəri 3 033,68 milyon ABŞ dolları təşkil edib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 10,5 faiz çoxdur.

Bu barədə Fins.az-a Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyindən (AZPROMO) məlumat verilib.

Məlumata görə, təkcə noyabr ayında qeyri-neft məhsullarının ixracı 321,85 milyon ABŞ dolları təşkil edib ki, bu da əvvəlki ilin noyabr ayı ilə müqayisədə 6,2 faiz çoxdur.

Xatırladaq ki, 2022-ci ildə Azərbaycanın qeyri-neft ixracı illik müqayisədə 12,3 faiz artaraq 3 047,67 milyon ABŞ dollarına bərabər olub.

Fuad Mədətov
Fins.az