BİZNES

05 Dekabr

“Az Abrau" "Şəki Şərab" zavodu gələn il 4 milyon şərab ixracını hədəfləyib - FOTO

2023-cü il ərzində 2 milyon şərab satışı həyata keçirilib və 2024-cü ildə isə 4 milyon şərab ixracı həyata keçirilməsi hədəflənib.

Bunu Fins.az-a açıqlamasında “Az Abrau” "Şəki Şərab" zavodunun şərabçılıq şöbəsinin direktoru, Rusiyanın əməkdar şərabçısı Vidadi Həsənov deyib.

V.Həsənov qeyd edib ki, məhsullarının satış bazarı əsasən Rusiya və MDB ölkələri olsa da, bəzi Asiya ölkələri ilə ixracla bağlı müqavilələrin imzalanması gözlənilir:

“Çində keçirilən “Şərabçılıq sərgisi”ndə “Az Abrau” şərabları nümayiş olundu və hər baxımdan Azərbaycan şərabları yüksək səviyyədə qiymətləndirildi. Şərablarımızın Çin, Sinqapur və Cənubi Koreya ölkələrinin maraq dairəsində olub ki, həmin ölkələrlə şərab ixracı ilə bağlı müqavilələr imzalanması gözlənilir”.

Direktor onu da vurğulayıb ki, hazırda İtaliya və İspaniya ilə əməkdaşlıqları var və həmin ölkələrdən üzüm tingləri alınaraq Azərbaycanda əkilməsi gözlənilir:

“Avropa ölkələri şərabçılıqda Azərbaycan milli texnologisayına maraq göstərirlər. Məhz bu səbəbdən də milli texnologiya ilə hazırlanan “Az Abrau” şərabını Fransa, İtaliya və İspaniya almaq istəyir”.

Fuad Mədətov
Fins.az