Türkiyə iqtisadiyyatı 2023-cü ilin üçüncü rübündə əvvəlki ilin eyni dövrü ilə müqayisədə 5,9% ilə gözləntilərin üstündə böyüyərkən, rüblük artım 0,3% ilə gözləntilərin xeyli altında qaldı. İlin üçüncü rübündə artımda yavaşlama müşahidə edilsə də, daxili tələbin töhfəsi ön plana çıxdı. Üçüncü rübdə investisiyaların dəstəklənməsi də diqqət çəkib.
Fins.az Bloomberg-ə istinadən xəbər verir ki, Türkiyə iqtisadiyyatı ilin üçüncü rübündə keçən ilin eyni dövrü ilə müqayisədə 5,9% artıb.
TÜİK məlumatlarına görə, rüblük artım 0,3% olaraq açıqlandı.
Ev təsərrüfatlarının son istehlak xərcləri 2023-cü ilin üçüncü rübündə əvvəlki ilin eyni rübünə nisbətən 11,2 faiz artıb. Dövlət son istehlak xərcləri 5,3 faiz; investisiyalar 14,7 faiz artıb.
2023-cü ilin üçüncü rübündə mal və xidmətlərin idxalı 14,5 faiz artsa da, ixracın artımı 1,1 faiz səviyyəsində qalıb.
Günel Məlikzadə
Fins.az