BİZNES

30 Noyabr

“Saloğlu mebel” yeni “İstanbul” künc divanı təqdim edib

“Saloğlu mebel” şirkəti  kiçik hissə zəbt edərək rahatlığı, komfortu və istirahət guşəsini əldə edə biləcək yeni “İstanbul” künc divanı məhsulunu təqdim edib.

Fins.az xəbər verir ki, şirkət bu barədə “Facebook” səhifəsində paylaşım edib.

Paylaşımda qeyd edilir, künc divanı bel və qol hissələri arxaya doğru genişləndiyi üçün rahatlıqla istifadə olunur.

Qeyd edək ki, “Saloğlu mebel” 2000-ci ildə istehsala başlayıb və inkişaf edən, dəyişən dizayn anlayışına paralel bir şəkildə modellərini davamlı yeniləyərək, hər keçən gün təkmilləşən təcrübəsiylə və qabiliyyətiylə qısa müddətdə çox böyük nailiyyətlər əldə edib. Hal-hazırda Azərbaycanın ən böyük müasir mebel istehsalçılarından biri olan şirkət uğurunu dünya səviyyəsinə çatdırmağı hədəfləyir.

Fuad Mədətov
Fins.az