BİZNES

07 Noyabr

WeWork iflas üçün müraciət edib

WeWork Inc. təqribən 19 milyard dollar borcu ilə müflis elan edilib.

Fins.az Bloomberg-ə istinadən xəbər verir ki, birgə iş yerləri təklif edən şirkət pandemiya dövründən sonra bərpa etməyə çalışırdı. Mövcud vəziyyət göstərdi ki, şirkət bu müddət ərzində vurduğu ziyanı bərpa edə bilməyib.

Nyu-Yorkda yerləşən şirkət verdiyi açıqlamada təminatlı istiqrazlarının təxminən 92%-ni təşkil edən kreditorlarla restrukturizasiya razılaşması əldə etdiyini və ofis sahəsinin icarə portfelini yenidən təşkil edəcəyini bildirib.

İflas ərizəsi faylında şirkətin aktivlərinin 15 milyard dollar səviyyəsində olduğu bildirilib.

WeWork-un iflas prosesi 2019-cu ildə başladı. Bir neçə ay ərzində şirkət IPO planlarından minlərlə insanı işdən çıxarmağa və çoxmilyard dollarlıq yardım axtarmağa keçdi.

Günel Məlikzadə
​Fins.az