BİZNES

01 Noyabr

Bakı şəhəri üzrə 3 və daha çox otaqlı kirayə ofislərin qiymətləri - SİYAHI

Bakı şəhəri üzrə 3 və daha çox otaqlı ofislər müxtəlif qiymətlərlə təklif olunur.

Fins.az ofislərin son günlər ərzində bəzi rayonlar üzrə ortalama kirayə qiymətini tərtib edərək təqdim edir.

Bakının əsasən Yasamal, Nərimanov və Nəsimi rayonlarında ofisləri kirayələmək olar.

Siyahıya əsaəsən 3 və daha çox otaqlı ofislərin ən ucuzu Binəqədi rayonu, ən bahalısı isə Yasamal rayonu ərazisində yerləşir. Ofislərin rayonlar üzrə ortalama aylıq qiyməti təxminən 1100 manatdan 3900 manat arasında dəyişir.

3 və daha çox otaqlı ofislərin rayonlar üzrə ortalama qiyməti aşağıdakı cədvəldə ən ucuzdan bahaya doğru sıralanıb:

1. Binəqədi – 1 100 AZN

2. Nəsimi -  1 700 AZN

3. Nərimanov – 1900 AZN

4. Səbail - 2200 AZN

5. Nizami – 2 400 AZN

6. Xətai - 3600 AZN

7. Yasamal - 3900 AZN

Məhəbbət Məmmədov
Fins.az