BİZNES

09 Noyabr

Bu hallardan sahibkarlar NARAZIDIR

Koorporativ müştərilər əsasən taxıl siloları, toxum zavodları, onların ehtiyyat hissələri, avtomatlaşdırma və ümumi servis işləri xidmətlərinə müraciət edirlər. Komandamız çox böyük məharətlə bütün bu tələblərin öhdəsindən gəlir.

Bunu Fins.az-a açıqlamasında “Silo Construction” MMC-nin təsisçi-direktoru Emin Fərəcov koorporativ müştərilərin əsas müraciət etdiyi xidmətlər barəsində danışarkən deyib.

E.Fərəcov bildirib ki, şirkətin göstərdiyi xidmətlərə tələbat çox yüksəkdir:

“Biz taxıl məhsullarının ehtiyyat anbarlarının (siloların) və həmin məhsulların müxtəlif növ isdifadəsinə xidmət göstərən avadanlıqların (dəyirmanlar, yem zavodları, toxum zavodları və s.) tikintisi ilə məşğul oluruq. Bu zaman tələbatın nə qədər yüksək səviyyədə olduğu məlum olur”.

E.Fərəcov sahibkarların ən çox nədən narazı olduğuna da aydınlıq gətirərək qeyd edib ki, sahibkarların hal-hazırki narazılığı taxıl silolarının ölkəmizə gətirildiyi zaman təşviq sənədindən yararlana bilməmələridir:

“Subsidyanin bu sahəyə tam şəkildə ayrılmaması, bankların bu avadanlıqların özünü girov kimi tanımaması, kredit üçün müşdərilərdən girov istənilməsi və s. kimi hallar sahibkarları narazı salır. Bu sahənin ölkəmizin iqdisadiyyatına gəlir gətirdiyini nəzərə alaraq müəyyən sənaye bölgələri yaradib, ən azından sahibkarları bəzi xərclərdən azad etmək çıxış yolu ola bilər. Lakin qeyd etdiyim problemli məsələlərə diqqət yetirilərsə məsələ kökündən öz həllini tapar”.

Məlumat üçün bildirək ki, “Silo Construction” bitki məhsullarının emalı və saxlanması ilə məşğul olan müəssisələrin layihələndirilməsi, tikintisi və texniki yenidən qurulması sahəsində fəaliyyət göstərən tam dövriyyəli baş podratçı şirkətdir.

Məhəbbət Məmmədov
Fins.az