BİZNES

01 Noyabr

Pfizer üçüncü rübdə itki ilə üzləşib

Pfizer-in balans hesabatına görə, şirkətin gəlirləri bu ilin üçüncü rübündə ötən ilin eyni dövrü ilə müqayisədə 42 faiz azalaraq 13,2 milyard dollara düşüb. Ötən ilin üçüncü rübündə Pfizer-in gəliri 22,6 milyard dollar olub.

Fins.az Bloomberg-ə istinadən xəbər verir ki, ötən ilin üçüncü rübündə 8,6 milyard dollar mənfəət əldə edən şirkət bu ilin eyni dövründə 2,38 milyard dollar itirib.

Pfizer-in bu dövrdə səhm başına itkisi 42 sent olub. Şirkət ötən ilin üçüncü rübündə hər səhmə görə 1,51 dollar mənfəət elan edib.

Şirkətin Covid-19 peyvəndi satışından əldə etdiyi gəlir bu ilin üçüncü rübündə keçən ilin eyni dövrü ilə müqayisədə 70 faiz, Covid-19-a qarşı hazırlanmış “Paxlovid” adlı həbin satışı isə 97 faiz azalıb.

Günel Məlikzadə
​Fins.az