BİZNES

31 Oktyabr

United Payment özəl mobil tətbiqini istifadəyə verib

Regionun ən böyük fintex şirkəti olan "United Payment", Azərbaycandakı korporativ müştərilərinə özəl mobil tətbiqi istifadəyə verib.

Fins.az xəbər verir ki, artıq "United Payment"in müştəriləri, veb səhifə üzərindən təqdim olunan Müştəri Portalı ilə yanaşı eyni zamanda, həm İOS, həm də Android əməliyyat sistemlərində, Ağıllı telefonları vasitəsilə öz maaliyyə əməliyyatlarına nəzarət edə, Link və QR ödəniş tələblərin yarada, müvafiq əməliyyatları icra edə biləcəklər.

United Payment Mobil Tətbqi vasitəsilə aşağıdakı əməliyyatları icra etmək mümkündür:

- United Payment Hesab balansına baxmaq
- Öz tranzaksiyalarınıza baxmaq və lazım olan əməliyyatları icra etmək 
- Öz tranzaksiyalarnı geri qaytarmaq və yaxud ləğv etmək
- Öz tranzaksiyalarını filter edərək rahat axtarmaq
- Yeni kartlarınızı əlavə etmək, yeniləmək və yaxud ləğv etmək
- Müştəri tranzaksiyalarını görmək və idarə edə bilmək
- United Payment Profililinizi tənizmləmək
- Müvafiq giriş izinlərini təyin etmək və dəyişmək
- Ödəniş linklərinizi və yaxud QR ödənişlərinizi yaratmaq və paylaşmaq

ANDROİD

//play.google.com/store/apps/details?id=com.unitedpayment.unitedpayment

İOS

//apps.apple.com/az/app/united-payment/id6448069719

   Telefon: 012 488 08 38 və yaxud 051 201 69 26
www.unitedpayment.az