BİZNES

30 Oktyabr

Bu texnologiyalar sahibkarı texniki inkişaf xərcindən azad edir

Sahibkarlar həm maliyyə texnoloji həllinin yaradılması, həm də təhlükəsizliyin təmin edilməsi, həm də ki maliyyə gəlirliyini təmin edə bilmək üçün ayrıca təcrübəli mütəxəssislərdən ibarət komanda ilə ödənişlərin alınması-verilməsi prosesini təmin etməlidir ki, bu da çox baha başa gəlir. Amma maliyyə texnologiyaları olduqda onlayn mühitdən satış və xidmət göstərilə bilir. Eyni zamanda da bu texnologiyalar sahibkarı təhlükəsizlik və texniki inkişaf xərcindən azad edir. Nəticədə dayanıqlı və davamlı bir biznesin yaranmasına gətirib çıxarır.

Bunu Fins.az-a açıqlamasında maliyyə texnologiyaları sahibkarlara nə kimi üstünlük yaradılmasıyla bağlı danışan “United Payment” şirkətinin icraçı direktoru Edqar Abdullayev deyib.

E.Abdullayev sahibkarların maliyyə texnologiyalarına olan əsas maraq dairələrinə də toxunaraq bildirib ki, onlayn sistem vasitəsiylə xidmət səviyyəsi daha yüksək və təqdirəlayiq ola bilər:

“Sahibkarların maliyyə texnologiyaları sahəsinə əsas marağı öz xidmət məhsullarını müştərilərə əlçatan etməkdir. Yəni sahibkarlar öz xidmət və məhsullarını maliyyə texnologiyaları vasitəsi ilə onlayn, mobil tətbiqlər ya da onlayn-veb səhifəsi ilə müştərilərinə sata və ya təklif edə bilirlər. Ən əsası isə ödənişi də onlayn ala bilirlər. Ona görə bu satış prosesini qanuni, rəsmi və təhlükəsiz edə bilmək üçün maliyyə texnologiyalarına ehtiyac var”.

Fintex sahəsində müəyyən qədər beynəlxalq təcrübəyə malik olan “United Payment” şirkətindən Azərbaycan sahibkarlarının yararlanmasını söyləyən E.Abdullayev qeyd edib ki, təcrübələri tətbiq edərkən, Azərbaycan Respublikasının Mərkəzi Bankının və digər requlativ orqanların tələblərinə uyğun şəkildə faəliyyət gösətərirlər:

“Ana ofisimiz Türkiyədə yerləşir. Azərbaycan ilə yanaşı Gürcüstanda, Avropada isə Böyük Britaniya və Rumıniyada ofisimiz var. Fərqli vərdişləri olan ölkələrdə xidmət verdiyimizə görə, hər ölkənin ən yaxşı təcrübəsini seçib, onu bizim ölkəmizdə tətbiq edirik. Təbii ki, bu təcrübələri tətbiq edərkən, Azərbaycan Respublikasının Mərkəzi Bankının və digər regulativ orqanların tələblərinə uyğun şəkildə dizayn edib, istifadəçilərimizə təqdim edirik. Bu beynəlxalq təcrübə bizə imkan verir ki, hər hansı bir həlli həyata keçirmək üçün sərf olunan vaxt daha qısa, tətbiq olunan alətlər isə daha effektiv şəkildə tətbiq olunur”.

Məlumat üçün bildərk ki, “United Payment”, ödənişlərin hər küncündə istənilən ölçüdə şirkətlərə həllər təqdim edən bir “Fintech” şirkətidir.

Məhəbbət Məmmədov
Fins.az