BİZNES

26 Oktyabr

Bakıda Baku Fintech Forum 2023 keçirilir

Bu gün Bakıda maliyyə və texnologiya şirkətlərinin mühüm illik toplantısı- «Baku Fintech Forum 2023» işinə başlayır. 

Fins.az xəbər verir ki, Azərbaycan Mərkəzi Bankının və Azərbaycan Fintex Assosiasiyasının təşkilatçılığı ilə keçirilən tədbirdə Azərbaycanla yanaşı, Gürcüstan, İsrail, Qazaxıstan və Türkiyə təmsilçiləri iştirak edəcəklər. 

Tədbirə Azərbaycan Beynəlxalq Bankı (ABB), «Kapital bank», «Bank Respublika», digər yerli banklar, iri holdinqlər, maliyyə texnologiyası və Fintex şirkətləri, eləcə də bu sahədə fəaliyyət göstərən yerli və beynəlxalq şirkətlərin, məşhur startapların təmsilçiləri, eləcə də müxtəlif dövlət qurumları iştirak edəcəklər. 

Forumda hazırda fintex sektoru üçün aktual olan bir neçə mövzular üzrə müzakirələr aparılacaq. Bura "Maliyyə sektorunda əməkdaşlıq və qanunvericilik islahatları"
«Fintech sektorunda investisiya imkanları», «Fintech startaplarının inkişafı» və «Rəqəmsal bankçılıq» kimi mövzular aiddir.

«Baku Fintech Forum 2023» bir gün davam edəcək.

Fuad Mədətov
Fins.az