BİZNES

25 Oktyabr

Biznesinizin inkişafına dəstək üçün korporativ həllər təqdim edirik!

26 ildir ki, peşəkar komandası ilə bilik və təcrübələrini müştərilərinə təqdim edən “Business Service Centre” MMC ilk fəaliyyətə başladığı zamanlarda əməkdaşlıq etdiyi şirkətlərə günümüzdə də kompleks şəkildə xidmət göstərməkdədir.

Fins.az xəbər verir ki, müxtəlif fəaliyyət sahəsindən olan müştərilərinin bizneslərinə göstərdiyi konsaltinq xidməti nəticəsində bir çox şirkətin uğurlarında “BSC ” MMC-in töhfəsi xüsusi olmuşdur. Məhz bunun məntiqi nəticəsində məmnun müştərilərin məsləhəti ilə “BSC” MMC bir çox  yeni müştərilərin etibarını da qazana bilmişdir. Hal-hazırda təyinat və mürəkkəblik dərəcəsi fərqli olan 100-dən artıq şirkətlə uğurla əməkdaşlıq edir.

Aşağıdakı xidmətləri əhatə edən bu həllər sayəsində hər gün yenilənən, inkişaf edən iş dünyasına rahatlıqla ayaq uydura bilərsiniz.

  • Hüquq xidmətləri;
  • İnsan resurslarının idarə olunması;
  • Maliyyə-mühasibatlıq xidmətləri;
  • Biznes təlimlər

Vaxt itirmədən, siz də xidmətlərimizdən yararlanın və biznesinizi daha da yüksəklərə daşıyın!

Ətraflı məlumat üçün www.bsc.az saytına keçid edə bilərsiniz.