BİZNES

24 Oktyabr

Aİ Arçelikin Whirlpool-u almasını təsdiqləyib

Avropa Birliyi (AB) Komissiyası, Arçelikin Whirlpool-un Avropa, Yaxın Şərq və Afrikadakı məişət texnikası əməliyyatlarını satın almasını təsdiqləyib.

Fins.az Bloomberg-ə istinadən xəbər verir ki, sözügedən əməliyyatın məişət texnikası tədarükü ilə əlaqəli olduğuna diqqət çəkən açıqlamada ifadə edilib:

 "Komissiya, xüsusilə hər iki tərəfin razılaşdığı Avropa İqtisadi Bölgəsi ölkələrində alternativ təchizatçıların mövcudluğunu nəzərə alaraq, əməliyyatın rəqabət narahatlığını artırmayacağı qənaətinə gələrək fəaliyyət göstərir".

Yanvar ayında Arçelik məişət texnikası istehsalçılarından biri olan Whirlpool ilə Avropadakı istehsal, satış və marketinq filiallarını almaq üçün müqavilə imzalayıb.

Avropa ölkələrində fəaliyyət göstərən iri şirkətlərdə birləşmə və satınalmalara nəzarət Aİ Komissiyasının səlahiyyətlərinə daxildir.

Günel Məlikzadə
Fins.az