BİZNES

23 Oktyabr

Bakı şəhəri üzrə 1 otaqlı kirayə ofislərin qiymətləri - SİYAHI

Bakı şəhəri üzrə 1 otaqlı ofislər müxtəlif qiymətlərlə təklif olunur.

Fins.az ofislərin son günlər ərzində bəzi rayonlar üzrə ortalama kirayə qiymətini tərtib edərək təqdim edir.

Bakının əsasən Səbail, Nərimanov, Nəsimi və Xətai rayonlarında ofisləri kirayələmək olar.

Siyahıya əsaəsən 1 otaqlı ofislərin ən ucuzu Binəqədi rayonu, ən bahalısı isə Xətai rayonu ərazisində yerləşir. Ofislərin rayonlar üzrə ortalama aylıq qiyməti təxminən 260 manatdan 1200 manat arasında dəyişir.

1 otaqlı ofislərin rayonlar üzrə ortalama qiyməti aşağıdakı cədvəldə ən ucuzdan bahaya doğru sıralanıb:

1. Binəqədi - 260 AZN
2. Nəsimi - 500 AZN
3. Yasamal - 500 AZN
4. Səbail - 800 AZN
5. Nərimanov - 1000 AZN
6. Nizami - 1000 AZN
7. Xətai - 1200 AZN

Məhəbbət Məmmədov
Fins.az