BİZNES

28 Oktyabr

Azərbaycanda AUX ASW-H09A4/FFR1 kondisioneri neçəyə satılır? - SİYAHI - FOTO

Azərbaycanda fəaliyyət göstərən bəzi məişət texnikaları mağazalarında “AUX ASW-H09A4/FFR1” kondisioneri müxtəlif qiymətlərlə satışa çıxarılıb.

Fins.az xəbər verir ki, “AUX ASW-H09A4/FFR1” kondisionerini oktyabrın 23-nə təyin olan nağd satış qiymətləri arasında ən ucuz “Eurolux”, ən baha isə “İrşad” mağazalar şəbəkəsindən əldə etmək olar.

Adıçəkilən mağazalar arasındakı qiymət fərqi 174,99 manat təşkil edir.

“AUX ASW-H09A4/FFR1” kondisioneri isitmə rejimi və uzaqdan idarə etmə funksiyası ilə təhciz olunub. Gücü 3400 Vatt olan bu kondisaner 25 kvadrat metr sahəni soyutma imkanına malikdir. Cihazın xarici blok çəkisi 27,5 kq, daxili blok çəkisi isə 8,5 kq-dır.

Mağazalardakı qiymətləri aşağıdakı siyahıda ən ucuzdan bahaya doğru sıralanıb:

1. “Eurolux” – 725,00 AZN

2. “World Telecom” - 789,00 AZN

3. “İrşad” - 899,99 AZN

Məhəbbət Məmmədov
Fins.az