BİZNES

18 Oktyabr

Rusiya və Çin ticarət həcmini 200 milyard dollara çatdırmaq niyyətindədir

Pekində keçirilən 3-cü “Bir kəmər, bir yol” Forumu çərçivəsində Rusiya Prezidenti Vladimir Putin və Çin Xalq Respublikasının Prezidenti Si Cinpin arasında görüş keçirilib.

Fins.az xarici KİV-ə istinadən xəbər verir ki, Kremldən verilən açıqlamaya görə, Putin Si Cinpin ilə görüşündə Çinin tarixi İpək Yolu üzərində ölkələr arasında əməkdaşlığı yaxşılaşdırmaq istiqamətində atdığı addımların uğurla inkişaf etdiyini deyib.

Çin Xalq Respublikasının Prezidenti Si Cinpində öz növbəsində Rusiya və Çin arasında siyasi etimadın dərinləşdiyini bildirib.

İki ölkə arasında ticarət həcmini 200 milyard dollara çatdırmağı qarşılarına məqsəd qoyduqlarını xatırladan Putin, ilin sonuna qədər bu hədəfin aşılacağını vurğulayıb.

Si Cinpin həmçinin bildirib ki, Rusiya və Çindəki bütün qurumlar iki ölkə arasında imzalanmış müqavilələrin həyata keçirilməsi üçün intensiv şəkildə işləyirlər.

Məhəbbət Məmmədov
Fins.az