BİZNES

21 Oktyabr

Sahibkarlara psixoloji məsləhət: Bunlara əməl etmək vacibdir - Ülviyyə Murtuzova

“UM Psixologiya Mərkəzi”nin rəhbəri, psixoloq Ülviyyə Murtuzovanın Fins.az-a müsahibəsi.

- “UM Psixologiya Mərkəzi” haqqında məlumat verərdiniz. Mərkəzin xidmətləri və əsas fəaliyyət istiqamətləri nədir?

- “UM Psixologiya Mərkəzi” yeni yaradılıb. Uzun illərdir ki, bu sahədə çalışdığım üçün özümdə təcrübə hiss etdim və bundan sonra qərara aldım ki, öz mərkəzimi yaradım. Çünki bir neçə psixoloji problemlərin həlli tibbi və bioloji baxımdan görürürəm. Bir neçə tibbi xəstəliklərin kökü məhz psixoloji seansların danışıq terapiyalarda və psixoloji konsultasiyalarda görüdüyümə görə bunların vəhdətini düşündüm. Bu səbəbdən də psixologiya, psixoloji və nervoloji, eyni zamanda androloq, seksopatoloq, psixatr,  ginekoloq, nevropatoloq və endokrinoloq kimi həkimlərin vəhdəti olaraq kompleks mərkəzin yaradılmasını düşündük.

- Ümumiyyətlə, Azərbaycanın psixi sağlamlıqla bağlı mövcud vəziyyəti necə dəyərləndirirsiniz?

-  Biri var psixoloji gərginlik, biri də var psixoz gərginlik. Psixoz gərginlik artıq pik həddir. Onların da ciddi psixatr və ciddi müalicə nəzarətində saxlanılması lazımdır. Bu vəziyyətə düşəcək müəyyən kütlə var, amma psixoloji problem yaşayacaq insanlar qədər də çox deyil. Bizdə psixoloji gərginlik içində qalanlar çoxluq təşkil edir. Məsələn, posient deyir ki, məndə nə baş verdiyini bilmirəm. Soruşuram ki, nə baş verdiyini açıqlayın, mən də sizə köməklik edim. Bu insan üç mütəxəsis arasında çaşqınlıq içində qalıb: psixoloq, psixatr və nevroloq. Ümumiyyətlə, mən həmin insanları qınamıram. Bütün elmləri bilmək mümkün deyil. Bir sözlə, bugünkü psixoloji durumumuz kafi deyil.

-  Postpandemiyadan sonra ölkəmizdə əhalinin psixoloji vəziyyətində, düşüncələrində və  yanaşmalarında müəyyən dəyişiklik hiss olunmağa başladı. Bu proses xüsusilə sahibkarlara təsir etdi. Azərbaycanda sahibkarların psixoloji durumunu necə dəyərləndirisiniz?

- Pandemiyadan sonra bəzi adamlarda özgüvənin itməsi oldu və çalışdığı partnyorlara qarşı güvən hissinin tamamilə itməsi oldu. Çünki qoya biləcəyi sərmayədən və edəcəyi planlardan geri çəkildilər. “Mənim çalışdığım insanların bəziləri COVİD-19-dan həyatlarını itirdilər. “Mənim xeyli pullarım itib-batdı və kim zəmanət verəcək ki, yenidən eyni hal baş verməsin?” kimi fikirlər formalaşır. Müraciət edən insanların bir çoxu həmin problemi dilə gətirir.

- Biznes mühitindəki gərginliyi, stress dolu vəziyyəti nəzərə alsaq və bundan yarana biləcək problemlər nədir? Sahibkarlara bu cür vəziyyətdən çıxış yolu olaraq nə məsləhət görürsünüz?

- Sahibkarlara hər zaman məsləhət görürəm ki, onların hər birinin şəxsi psixoloqu olsum. Əgər mən sahibkarla iş müqaviləsi bağlayıramsa, yalnız müqavilə əsasında işimi görürəm. Bəzən bunu deyəndə başqa tərəflərə yozurlar. Bəzi sahibkarlar var ki, gecə də işlədikləri üçün beyni yorulur. Ona görə də düşünürəm ki, onların psixoloqa müraciət etmələri mütləqdir. Bu məsələdə imuniteti artıracaq psixoloqdan danışıram. Psixoloqam deyə, bu, hər an yanında olmalıyam anlamına gəlmir. Psixoloji imuniteti güclü olan insan bir çox xəstəliklərə qalib gəlir.

Sadəcə olaraq, sahibkarlara məsləhətim öz şirkətində işçilərinə zamanında təlimlərin keçirilməsini təmin etməli, iş qrafiklərinin düzgün qurulması, gündəlik stressi, əsəbi vəziyyəti sıfıra endirmək üçün şəxsi psixoloqlarla çalışmalıdırlar.

- Pul qazanmaq üçün çox çalışmaq, yoxsa düşünmək və yaxud ağıllı hesab edilə biləcək faktor axtarışıyla zamanın öhdəliyi lazımdırmı?

- Pul qazanmaq üçün çox çalışmaq yox, az və daha düzgün düşünmək lazımdır. Çox düşünmək də insanın üzərində çətinlik yaradır. Gəlin, bütün günü düşünək... İnanın ki, bir neçə saatdan sonra onu niyə düşündük deyə unudacağıq.

- Hər zaman varlı və yaxud kasıb anlamı mücərrəd anlayışla qarşılanıb. Varlı da, kasıb da istək arzusundadır. Varlı kimdir, kasıb kimdir?

- Varlı əslində zəngin insan kimi düşünürük. Amma bir məsələ var ki, insanın daxili aləmi də varlı olmalıdır. Bu, ailədə də belə olmalıdır. Əgər mən övladımı varlı görməliyəmsə, ilk növbədə onun danışığına, ədəb-ərkanına fikir verməliyəm. Mənim bir məramım və ümüumiyyətlə, insanın inşa etmək bacarığı olmalıdır. Zəngin insan odur ki, övladını mənə göstər, sənin kim olduğunu deyim. Övladına buraxdığın iz çox vacibdir.

- Həm 2-ci Qarabağ müharibəsindən, həm də pandemiyadan sonra əhalinin müraciətlərinə və sizin müşahidələrinizə əsasən insanların psixoloji durumunu qənaətbəxş hesab etmək olarmı?

- Bizim gənclər var ki, onlar travmatik pozuntulardan şikayət edirlər. Əksəriyyəti də Vətən Müharibəsi iştirakçılarıdır. Birinin yanında dostu güllələndi, digərinin yanında əsgər yoldaşı şəhid oldu. Bu, onlarda travma yaradıb. Bunun da nəticəsi travmanın nevrotik təşviş formasıdır. Əsəb və sinir o qədər pozulur ki, öz-özlərinə qışqırmağa başlayırlar.

Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə isə şəfa versin!

Fuad Mədətov
Fins.az