BİZNES

18 Oktyabr

Azərbaycanda Bosch KGN56C soyuducusu neçəyə satılır? - SİYAHI – FOTO

Azərbaycanda fəaliyyət göstərən bəzi məişət texnikaları mağazalarında “Bosch KGN56C” soyuducusu müxtəlif qiymətlərlə satışa çıxarılıb.

Fins.az xəbər verir ki, “Bosch KGN56C” soyuducusu oktyabrın 18-nə təyin olan nağd satış qiymətləri arasında ən ucuz “Baku Electronics” və “Kontakt Home”, ən baha isə “Elit Optimal” mağazalar şəbəkəsindən əldə etmək olar.

Adıçəkilən mağazalar arasındakı qiymət fərqi 350 manat təşkil edir.

“Bosch KGN56C” soyuducusu ümumi xüsusiyyətlərinə görə faydalı həcmi 505 litr (soyuducu hissədə 400, dondurucu hissədə 105 litr) təşkil edir. İki qapılı olan soyuducu "Display" və “Açıq qapı” siqnalizasiyası imkanı ilə təchiz olunub. Cihazın çəkisi 92,6 kq, səs səviyəsi isə 40 dB-dir.

Mağazalardakı qiymətləri aşağıdakı siyahıda ən ucuzdan bahaya doğru sıralanıb:

1. “Baku Electronics" – 2149,99 AZN

2. “Kontakt Home” – 2149,99 AZN

3. “World Telecom” – 2349,00 AZN

4. “Elit Optimal” - 2499,99 AZN

Məhəbbət Məmmədov
Fins.az