BİZNES

21 Oktyabr

Azərbaycanda Samsung UE-50AU7100 televizoru neçəyə satılır? - SİYAHI - FOTO

Azərbaycanda fəaliyyət göstərən bəzi məişət texnikaları mağazalarında “Samsung UE-50AU7100” televizoru müxtəlif qiymətlərlə satışa çıxarılıb.

Fins.az xəbər verir ki, “Samsung UE-50AU7100” televizoru oktyabrın 17-nə təyin olan nəğd satış qiymətləri arasında ən ucuz “Baku Electronics” , ən baha isə “İrşad” mağazalar şəbəkəsindən əldə etmək olar.

Adıçəkilən mağazalar arasındakı qiymət fərqi 450 manat təşkil edir.

“Samsung UE-50AU7100” televizoru ümumi xüsusiyyətlərinə görə “LED” ekran növünə və 49.5 inç ekran ölçüsünə malikdir. İstehsal ili 2021-ci il olan bu televizorlar “Smart TV”, “Wi-Fi”, “Ethernet / LAN Girişi” və “Bluetooth” imkanı ilə təchiz olunub. Cihazın çəkisi 11,4 kq-dır.

Mağazalardakı qiymətləri aşağıdakı siyahıda ən ucuzdan bahaya doğru sıralanıb:

1. “Baku Electronics" - 999,99 AZN

2. “Music Gallery” - 1299,00 AZN

3. “Elit Optimal” - 1299,99 AZN

4. “World Telecom” - 1449,00 AZN

5. “İrşad” - 1449,99 AZN

Məhəbbət Məmmədov
Fins.az