BİZNES

16 Oktyabr

Bakı şəhəri üzrə 1 otaqlı kirayə ofislərin qiymətləri - CƏDVƏL

Bakı şəhəri üzrə 1 otaqlı ofislər müxtəlif qiymətlərlə təklif olunur.

Fins.az ofislərin son günlər ərzində bəzi rayonlar üzrə ortalama kirayə qiymətini tərtib edərək təqdim edir.

Bakının əsasən Nəsimi, Səbail, Nizami, Nərimanov və Yasamal rayonlarında ofisləri kirayələmək olar. 

Cədvələ əsaəsən 1 otaqlı ofislərin ən ucuzu Yasamal rayonu, ən bahalısı isə Nizami rayonu ərazisində yerləşir. Ofislərin rayonlar üzrə ortalama aylıq qiyməti təxminən 400 manatdan 1250 manat arasında dəyişir.

1 otaqlı ofislərin rayonlar üzrə ortalama qiyməti aşağıdakı cədvəldə ən ucuzdan bahaya doğru sıralanıb:

Rayonlar Ortalama qiyməti
Yasamal 400 AZN
Binəqədi 450 AZN
Xətai 550 AZN
Nərimanov 650 AZN
Səbail  780 AZN
Nəsimi 900 AZN
Nizami 1250 AZN

Məhəbbət Məmmədov
Fins.az