BİZNES

16 Oktyabr

Azərbaycanda LG F2V5HS paltaryuyan maşını neçəyə satılır? - SİYAHI – FOTO

Azərbaycanda fəaliyyət göstərən bəzi məişət texnikaları mağazalarında “LG F2V5HS” paltaryuyan maşını müxtəlif qiymətlərlə satışa çıxarılıb.

Fins.az xəbər verir ki, “LG F2V5HS” paltaryuyan maşını oktyabrın 16-na təyin olan nəğd satış qiymətləri arasında ucuz “Kontakt Home”, baha isə “Baku Electronics”, “İrşad”  və “Eurolux” mağazalar şəbəkəsindən əldə etmək olar.

Adıçəkilən mağazalar arasındakı qiymət fərqi 300 manat təşkil edir.

“LG F2V5HS” paltaryuyan maşını ümumi xüsusiyyətlərinə görə 7 kq tutumu, 62 kq çəkiyə, o cümlədən enerji sərfiyyatı dərəcəsi “A Class” sinfinə malikdir. Paltaryuyan maşın "Display", buxarlanma sistemi və yuma zamanı yükləmə imkanı ilə təchiz olunub. Cihazın hündürlüyü 85 sm-dir.

Mağazalardakı qiymətləri aşağıdakı siyahıda ən ucuzdan bahaya doğru sıralanıb:

Mağazalar Qiymətlər
“Kontakt Home” 899,99 AZN
“Eurolux” 1069,00 AZN
"Baku Electronics" 1129,99 AZN
“İrşad” 1199,99 AZN

Məhəbbət Məmmədov
Fins.az