BİZNES

13 Oktyabr

Azərbaycanda dəmir yolu ilə sərnişin daşınmaları 45 %-dən çox artıb

Azərbaycanda dəmir yolu nəqliyyatı ilə 2023-cü ilin yanvar-sentyabr aylarında 13,7 mln. ton yük, 4 915,7 min sərnişin daşınıb.

Dövlət Statistika Komitəsindən Fins.az-a verilən məlumata görə, 2022-ci ilin eyni dövrü ilə müqayisədə bu ilin 9 ayında yük daşınmasında 0,5%, sərnişin daşınmasında isə 45,5% artım müşahidə olunub.

“Orta hesabla sutkada 408 vaqon yüklənmiş, 420 vaqon isə boşaldılıb. Sutka ərzində dəmir yolunun Şimal istiqaməti üzrə 20,7 min ton, Qərb istiqaməti üzrə 2,9 min ton, Cənub istiqaməti üzrə isə 0,7 min ton yüklənmə işi yerinə yetirilib”, - məlumatda qeyd olunub.

Məhəbbət Məmmədov
Fins.az