BİZNES

06 Oktyabr

Azərbaycan və Vyetnam arasında ticarət dövriyyəsi 272 milyon 984 min dollar təşkil edib

2023-cü ilin yanvar-avqust aylarında Azərbaycan və Vyetnam arasında ticarət dövriyyəsi 272 milyon 984 min dollar təşkil edib.

Fins.az-ın Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, bu göstəricinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 13.7% və ya 43 milyon 384 min dollar azalıb. 2022-ci ilin yanvar-avqust ayında Azərbaycan və Vyetnam arasında ticarət dövriyyəsinin həcmi 316 milyon 368 min dollar təşkil edib.

Qeyd edək ki, hesabat dövründə Azərbaycandan Vyetnama ixracın həcmi 27.5% azalaraq 180 milyon dollara, Vyetnamdan Azərbaycana idxalın həcmi isə 36.2% artaraq 92 milyon 974 min dollara bərabər olub.

Günel Məlikzadə
Fins.az