BİZNES

27 Sentyabr

Nwork-dan enerji dostu

Sağlam həyat tərzi, düzgün qidalanma, bədən elastikliyi və digər bu kimi təməl addımlarla sağlam orqanizmə nail olmaq mümkündür. Xüsusilə düzgün qidalanma ilə əldə edilən vitamin və mineralların böyük faydası var.  Vitamin tələbatının ödənilməməsi fəsadlara yol açaraq daha tez xəstəliklərə yoluxmağınıza, həyat səviyyənizin aşağı düşməsinə səbəb olacaq. Sizin qayğınıza qalan “Nwork” şirkəti “Çörəkotlu B12 kapsul”-u ilə təməl vitaminlərdən hesab olunan B vitamininə olan tələbatınızı ödəmək üçün istehsal olunub.

Fins.az xəbər verir ki, B12 vitamini təbii olaraq heyvan mənşəli qidalarda olan və bədənin qırmızı qan hüceyrələrinin meydana gəlməsində, sinir hüceyrələrinin sağlam saxlanılmasında, DNT molekullarının yaradılmasında rol oynayan B vitaminin bir növüdür. İstiliyə həssas və suda həll olunan B12, həmçinin immunitet sistemini gücləndirir və sinir sisteminin düzgün və sürətli işləməsində fəaliyyət göstərir. Qanda amin turşusunun miqdarını azaldaraq ürək fəaliyyətinin yaxşılaşdırılmasına xidmət edən bu kapsul, eyni zamanda bədəndəki enerjini artırır. Yorğunluq və stresin minimuma endirilməsinə xidmət edir. Yaddaş zəifliyi sizin üçün əsl problemə çevrilibsə, bu məhsuldan istifadə etməyin tam vaxtıdır. Kapsulun ən üstün cəhətlərindən biri də məhz çörəkotundan istifadə edilməyidir. Çörəkotu Omeqa 3 və omeqa 6 mənbəyi olduğu üçün immun sistemini daimi yeniləyir, əsəb, yuxu pozulması, baş ağrısı kimi tez-tez rast gəlinən problemlərə anındaca təsir edir. Bir kapsulda iki möhtəşəm əlavənin olması sizin daha gümrah yaşamağınıza qaranti verəcək.

60 kapsuldan ibarət məhsul dərman vasitəsi deyil, hər hansı xəstəliyin müalicəsi zamanı istifadə edilə bilməz. Qida əlavəsidir.

Çörəkotlu B12 kapsulunu əldə etmək üçün Wegros platformasına keçid etməyə tələsin!

Wegros icma əsaslı onlayn alış-veriş platforması olub istehsalçı, xidmət təminatçıları və istehlakçılar arasında birbaşa əlaqəni təmin edir. “Matrix Marketing” modelindən istifadə edərək istehsalçı və istehlakçıların məhsul və xidmətlərdən yüksək səviyyədə yararlanmasına xidmət edir. Elektron kommersiya sahəsində peşəkar və innovativ həllər formalaşdıran Wegros platforması istehsalçılara məhsullarını qlobal səviyyədə müxtəlif icmalara satmaq üçün sərhədlərarası imkan yaradan çoxsaylı əməkdaşlıq həyata keçirir. Bu da istehsalçı və istehlakçıların maksimum rahatlıqla  alış-veriş etməsinə şərait yaradır.

//wegros.az/az/%C3%A7%C3%B6rek-otlu-b12-kaps%C3%BCl