BİZNES

25 Sentyabr

Gürcüstan Azərbaycana 103 ton avtomobil aksesuarları və ehtiyyat hissələri ixrac edib

2023-cü ilin yanvar-avqust ayları ərzində Gürcüstan Azərbaycana 2,226 milyon dollar dəyərində 103 ton avtomobil aksesuarları və ehtiyyat hissələri ixrac edib.

Fins.az xəbər verir ki, bu barədə Gürcüstan Milli Statistika İdarəsinin hesabatında bildirilib.

Qeyd olunub ki, Azərbaycana ixrac edilən məhsulun dəyəri illik ifadədə 670 min dollar və ya 43%, həcmi isə 37,6 ton və ya 57,6% artıb.
Ötən ilin ilk 8 ayı ərzində isə Gürcüstan Azərbaycana 1,556 milyon dollar dəyərində 65,34 ton avtomobil aksesuarları və ehtiyat hissələri ixrac edib.
Bu il Gürcüstan ümumilikdə 9,5 milyon dollar dəyərində 557,8 ton avtomobil aksesuarı və ehtiyat hissələri ixrac edib.

Günel Məlikzadə 
Fins.az