BİZNES

15 Sentyabr

“Abşeron Logistika” MMC-nin gəliri 9 milyon manat artıb

“Abşeron Logistika” MMC 2022-ci il üzrə maliyyə hesabatlarını açıqlayıb.

Fins.az xəbər verir ki, şirkətin cəmi gəlirləri 33,7 milyon manat təşkil edib. Bu da son bir illə müqayisədə 9 milyon manata yaxın və ya 36,3% çoxdur.

Şirkət satışın maya dəyəri üzrə 28,3 milyon manat xərc çəkib. Bu da 2021-ci ilə nisbətən təxminən 7,5 milyon manat və ya 35,9% artıqdır.
Bununla da şirkətin ümumi gəlirləri 5,4 milyon manatdan çox olub. Ümumi gəlirlər də əvvəlki illə müqayisədə 1,5 milyon manat və ya 38,4% çoxdur.
“Abşeron Logistika” 691,1 min manat mənfəət vergisi ödənişindən sonra 2022-ci ili 2,9 milyon manatla başa vurub. 2021-ci ildə isə bu rəqəm 2 milyon manata yaxın idi. Beləliklə şirkətin xalis mənfəəti son bir ildə 945,2 min manat, başqa sözlə 38,4% artıb.
“Abşeron Logistika” MMC-nin 2022-ci il üzrə aktivləri 25,3 milyon manatdan çox olub. Akitvlər son bir ildə 187,6 min manat, yəni 0,7% artıb.
Bunun da 1 milyon manatdan çoxunu qısamüddətli debitor borcları 821 min manatını nağd pul vəsaitləri təşkil edib.
Şirkətin öhdəlikləri isə 2,2 milyon manat (10,3%) aşağı düşərək 
19,1 milyon manat olub.
Kapitalın həcmi 6,2 milyon manat təşkil edib ki,  bu da əvvəlki illə müqayisədə 2,9 milyon manat (62,6%) çoxdur.
Bölüşdürülməmiş mənfəətin həcmində də artım qeydə alınıb. Belə ki, şirkətin bu növ mənfəəti də 62,6% artıb və 2022-ci ildə 6,2 milyon manat olub.
Nizamnamə kapitalının həcmi isə dəyişməyərək 2 min manat olaraq qalıb.