BİZNES

15 Sentyabr

Vergi daxilolmaları 2,3 milyard manat artıb

Cari ilin yanvar-avqust ayları ərzində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə dövlət büdcəsinə 12 milyard 80,4 milyon manat vergi daxil olub.

Fins.az xəbər verir ki, bu barədə Dövlət Vergi Xidməti məlumat yayıb.

Bildirilib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə vergi daxilolmaları 23,4 faiz və ya 2,3 milyard manat artıb.

Qeyri-neft-qaz sektorundan daxilolmalar 6 milyard 865,6 milyon manat təşkil edib. 2022-ci ilin eyni dövrünə nisbətən bu sektordan vergi daxilolmaları 20,5 faiz və ya 1 milyard 166,8 milyon manat artıb.

Fuad Mədətov
Fins.az