BİZNES

14 Sentyabr

Propolisin əvəzolunmaz gücü

Dəyişkən hava şəraiti nəticəsində tez-tez həm böyüklərdə, həm də kiçiklərdə boğaz ağrısına rast gəlirik. Boğaz ağrısı insanın bütün gününü məhv edən, əhvalını korlayan problemdir. Xüsusilə, siz dərman vasitələrindən imtina edirsinizsə, təbiiliklə adını eşitdirən “Arıdan by Bee” tam ehtiyacınız olan məhsulla qarşınızdadır- Propol sprey.

Fins.az xəbər verir ki, Propolis immunitet müdafiəsi üçün güclü antioksidantdır. İmmunitet müqavimətini dəstəkləməyə və ümumi fəsil xəstəliklərindən qurtulmağa kömək edir. Propolisin immun və antioksidan faydaları ümumi sağlamlıq və rifahın dəstəklənməsinə xidmət edir. İltihabəleyhinə xüsusiyyətlərə malikdir. Viruslara, bakteriyalara, göbələklərə qarşı yüksəktəsirli dezinfeksiyaedici məhsuldur. Üstəlik qəbulu orqanizmdə əlavə yükün yaranmasına səbəb olmur. Bundan əlavə, propolisin ağrıkəsici özəlliyi də var. Bədəndə iltihab, boğaz ağrısı, diş əti problemləri varsa propolisdən istifadə işinizə yarayacaq. 

Propolis arıların ağac qabığından və ya tumurcuğundan əldə etdiyi maddədir. Arılar onu toplayaraq tüpürcək vəzilərindən müəyyən maddələr əlavə edir və qarışığı çənələri ilə emal edirlər. Propolisin tərkibində flavonoidlər, kofeik və ya ferulik turşu kimi hidroksisinnamik turşular var. Digər suda həll olunan komponentlər isə arı fermentləri, şəkər B, C və E vitaminləri, minerallar və mikroelementlərdir. Bir çox meyvə və tərəvəzdə olan fenolik turşu növləri propolisdə daha çox olur. Buna görə də propol güclü antioksidantdır.

Propolis pətəkdən xam halda istifadə edilmir. İsti olduqda saqqız kimi yapışqan, soyuq olduqda isə bərkiyərək kövrək hal alan maddədir. Buna görə də propolis labaratoriya şəraitində mütəxəssislər tərəfindən maye halına çevrilərək istifadəyə yararlı hala çevrilir.

Məhsuldan uşaqlar gün ərzində 3 dəfə 1-2 püskürtmə, böyüklər isə 3-4 püskürtmə ilə ağız və boğazdakı iltihabdan xilas ola bilərlər.  Effektini tez zamanda görəcəyiniz sprey dərman vasitəsi deyil.

“Arıdan by Bee” şirkətinin Propol sprey məhsulunu əldə etmək üçün Wegros platformasına müraciət edə bilərsiniz.

Wegros icma əsaslı onlayn alış-veriş platforması olub istehsalçı, xidmət təminatçıları və istehlakçılar arasında birbaşa əlaqəni təmin edir. “Matrix Marketing” modelindən istifadə edərək istehsalçı və istehlakçıların məhsul və xidmətlərdən yüksək səviyyədə yararlanmasına xidmət edir. Elektron kommersiya sahəsində peşəkar və innovativ həllər formalaşdıran Wegros platforması istehsalçılara məhsullarını qlobal səviyyədə müxtəlif icmalara satmaq üçün sərhədlərarası imkan yaradan çoxsaylı əməkdaşlıq həyata keçirir. Bu da istehsalçı və istehlakçıların maksimum rahatlıqla  alış-veriş etməsinə şərait yaradır.

//wegros.az/az/propol-sprey-30ml-propol%C4%B0s15