BİZNES

14 Sentyabr

Metatesk Azərbaycanın innovasiya gücünü “Teknofest”də təmsil edib - FOTO

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) operatoru olduğu “Enterprise Azerbaijan” portalının həyata keçirdiyi “Startup School” layihəsində 2-ci yerin qalibi olmuş "Metatesk" komandası Türkiyənin ən böyük "Teknofest" festivalında iştirak edib və böyük uğur qazanıb.

İİTKM-dən Fins.az-a verilən məlumata görə, festival çərçivəsində "Metatesk" komandası yeni tərəfdaşlıq təklifləri alıb və investisiya imkanları əldə edib.

“Metatesk”in stendi kifayət qədər diqqət çəkib. Stendin ziyarətçiləri arasında “Bayraktar” pilotsuz uçuş aparatının (PUA) yaradıcısı və təsisçisi Selçuk Bayraktar və Türkiyənin tanınmış iş adamı Necməddin Bilal Ərdoğan da olub.

Türkiyənin Ankara şəhərində baş tutan beşgünlük “Teknofest” Aviasiya, Kosmik və Texnologiya festivalında Azərbaycanı “Metatesk” (təhsil), “Ednify” (təhsil), “SmartROW” (rabitə) və “Azirrigation” (kənd təsərrüfatı) startapları təmsil edib.  Bu layihələr təmsil etdikləri sahələr üzrə innovativ həllərin tətbiqinə yönəlib.

Fuad Mədətov
Fins.az