BİZNES

13 Sentyabr

Xəfif qovrulmuş qəhvə notları

Yorğun hiss etdiyimiz an ilk ağlımıza gələn məhz qəhvə içməkdir. Tərkibindəki kofein enerjinin yenilənməsinə, özümüzü əvvəlkindən daha yaxşı hiss etməyimizə səbəb olur. Belə olsa da yaratdığı ürək döyüntüsü və yuxusuzluq bəzi hallarda həmin yorğunluğu geri qaytarır. Bəs, sizə kofeinsiz təbii tərkibli qəhvə təklif etsək necə? Bəli, bu təklif “Hommlife” brendindəndir!

Fins.az xəbər verir ki, “Hommlife” brendinin məhsulu “Homm vita kollagenli hindiba qəhvə”-si zəncirotu tərkibi ilə qarşınızdadır.

Zəncirotunun bir çox faydası var ki, bunu da onun həm çiçəyindən, həm yarpağından, həm də kökündən əldə edirlər. Qəhvə zəncirotunun kökündən hazırlanır. Bitkinin kökləri toplanılır, qurudulur və qovrulur, buna görə də qəhvəni içərkən yüngül qovrulmuş dad hiss edəcəksiniz. Tərkibində maqnezium, sink, kalsium, dəmir, kalium və manqanın olması immunitet siisteminin fəaliyyətinin tənzimlənməsində xüsusi rol oynayır.

Güclü antioksidan mənbəyi olan bu qəhvə qaraciyəri təmizləyir, xolesterini balanslaşdırır, bağırsağı aktivləşdirir, qan şəkərini tənzimləyir, mədəni sakitləşdirərək mineral dəstəyi təmin edir. Dünyanın bir çox ölkəsində kofeinsiz qəhvə kimi təqdim edilən zəncirotu qəhvəsi kofein aludəçilərinə qəhvə içmək vərdişlərini azaltmaq üçün tövsiyə edilir.  Zəncirotu kökünün üzərində aparılan tədqiqatlar xərçəng hüceyrələrinin məhv edilməsində uğurlu nəticələr verib. Dəri xərçəngi olan şəxslər üzərindəki araşdırmalara görə hindiba kökü ilə hazırlanan qəhvə xərçəng hüceyrələrinin ölməsinə səbəb olur. Beləliklə, yeni xəstə hüceyrələrin yaranmasının qarşısını alır. Sərbəst radikallarla mübarizə aparan hindiba qəhvəsi, xərçəngi həyatınızdan uzaq tutmaqdan məsuldur!

Qəhvəni isti su ilə və ya hər hansı qəhvə ilə birgə dəmləyə bilərsiniz. Gün ərzində 2 dəfədən artıq içmək tövsiyə olunmur. Bunun səbəbi isə zəncirotu bitkisinin uzun müddət istifadəsində özünü göstərən əks təsirləridir.

2005-ci ildən fəaliyyət göstərən və 2009-cu ildən öz brendlərini 201-dən çox ölkəyə ixrac edən “Hommlife” brendi mütəxəssis heyəti ilə bitki mənşəli qidalar və qida əlavələri, kosmetik vasitələr və təmizlik məhsulları istehsal edir. Təbii məhsullardan istifadə Wegros platformasının əsas hədəflərindən biri olduğu üçün edilən əməkdaşlıq sadəcə bir kliklə məhsulun əldə edilməsinə kömək edir. Siz də təhlükəsiz ödənişlə rahat alış-verişdən həzz alın!  

Wegros icma əsaslı onlayn alış-veriş platforması olub istehsalçı, xidmət təminatçıları və istehlakçılar arasında birbaşa əlaqəni təmin edir. “Matrix Marketing” modelindən istifadə edərək istehsalçı və istehlakçıların məhsul və xidmətlərdən yüksək səviyyədə yararlanmasına xidmət edir. Elektron kommersiya sahəsində peşəkar və innovativ həllər formalaşdıran Wegros platforması istehsalçılara məhsullarını qlobal səviyyədə müxtəlif icmalara satmaq üçün sərhədlərarası imkan yaradan çoxsaylı əməkdaşlıq həyata keçirir. Bu da istehsalçı və istehlakçıların maksimum rahatlıqla  alış-veriş etməsinə şərait yaradır.

//wegros.az/az/homm-vita-kollagenli-h%C4%B0nd%C4%B0ba-q%C9%99hv%C9%99-100-gr