BP və onun tərəfdaşları Azərbaycan, Gürcüstan və Türkiyə üzrə həyata keçirilən layihələrə 84 milyard dollar sərmayə yönəldib. Bu investisiyaların 30 faizi BP-nin payına düşüb.
Fins.az xəbər verir ki, bunu Energetika Nazirliyinin jurnalistlər üçün Səngəçal terminalına təşkil olunmuş media-tur çərçivəsində təqdimat zamanı "BP-Azerbaijan" şirkətinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Tamam Bayatlı bildirib.
Onun sözlərinə görə, Azərbaycan "Azəri-Çiraq-Günəşli" neft-qaz yataqları blokunun (AÇG) işlənilməsi layihəsi çərçivəsində 2001-ci ildən indiyədək 168 milyard dollar xalis mənfəət əldə edib.