BİZNES

12 Sentyabr

İstanbulda “Multimodulyar daşımalar və logistika” mövzusunda forum keçiriləcək

Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlərin dəmir yolu administrasiyalarının təşkilatçılığı ilə sentyabrın 13-14-də İstanbulda “Multimodulyar daşımalar və logistika” mövzusunda forum keçiriləcək.

Fins.az TDT katibliyinə istinadla xəbər verir ki, forumda nəqliyyat sahəsində fəaliyyət göstərən dövlət və özəl şirkətlər iştirak edəcəklər. Forum çərçivəsində bir sıra görüşlər və təqdimatlar olacaq. Forumun məqsədi konstruktiv diskussiya, təcrübə və bilik mübadiləsi üçün platforma yaratmaqdır.

Forumda, həmçinin Orta və Cənub nəqliyyat dəhlizlərinin imkanları, genişləndirilməsi, yükdaşımalarının təhlükəsizliyi və perspektivdəki işlər müzakirə olunacaq.

Fuad Mədətov
Fins.az