BİZNES

12 Sentyabr

Rusiyada xarici ticarət profisiti 68,3 faiz azalıb

Rusiyanın cari balansının profisiti keçən illə müqayisədə 86,1 faiz azalaraq 25,6 milyard dollara düşüb.

Fins.az "Bloomberg"-ə isitinadən xəbər verir ki, bu barədə Rusiya Mərkəzi Bankı məlumat yayımlayıb.

Sözügedən dövrdə ölkənin xarici ticarət profisiti 2022-ci il ilə müqayisədə 68,3 faiz azalaraq 72,6 milyard dollara düşüb.

Rusiya Mərkəzi Bankından açıqlamasına görə, xarici ticarət profisitinin azalmasının idxalın artması, ixrac mallarının qiymətlərinin düşməsi və Rusiya vətəndaşlarının xarici ölkələrə səfərlərinin başlaması ilə bağlı olduğu vurğulanıb.

Rusiyanın xarici ticarət profisiti 2022-ci ildə əvvəlki ilə nisbətən 66 faiz artaraq 282,3 milyard dollara çatıb.

Günel Məlikzadə
Fins.az