Müalicəvi gözəllik iksiri- “Aloe Bərpa” şampunu
Əgər siz zədəli saç görüntüsündən, saç yağlanmasından, quru dəridən və ən əsası həcmsiz canlı olmayan görüntüdən bezmisinizsə, “Faberlic”-in “Aloe Bərpa” şampunu tam sizə uyğun məhsuldur. Çünki tərkibində gözəllik iksiri hesab edilən aloe nəmləndirici xüsusiyyəti və qidalandırıcı vitaminləri sayəsində aloe vera bitkisi kosmetoloji sahədə populyarlıq qazanıb.
Fins.az xəbər verir ki, aparılan araşdırmalar göstərir ki, aloenin tərkibindəki qələvi səviyyəsi (Ph) insan dərisindəki qələvi səviyyəsi ilə demək olar ki, eynidir.
Buna görə də mütləq aloe bitkisindən və aloe tərkibli məhsullardan istifadə etmək lazımdır. Ferment və yağ turşusu ilə iltihabı azaldan aloe, tərkibindəkii C, E, B vitaminləri ilə saçları qidalandırır və gücləndirir. Baş dərisinin qıcıqlanmasını azaltmağa kömək edəcək antiinflamatuar tədbirlər nəmləndirici təsir göstərir. Saçların düzgün nəmlənməsi isə saç və saç diblərini zədələnmələrdən qoruyur.
“Aloe Bərpa” şampunu bütün növ saçlar üçün uyğundur. Kompleks effekti təmin edən məhsulun 95%-i təbii mənşəli maddələrdən hazırlanıb. Saç və saç dərisini yumşaq şəkildə təmizləyir, mükəmməl nəmləndirir, həddindən artıq qurumanın və canlılığın itirilməsinin qarşısını alır. Həm kişilər, həm də qadınlar üçün müntəzəm istifadəyə uyğundur.
380 ml məhsul qablaşdırmada göstərilən istehsal tarixindən etibarən 24 ay müddətində istifadəyə yararlıdır.
Faberlic şirkəti ilə Wegros platformasının əməkdaşlığı imkan verir ki, siz bir kliklə asanlıqla və təhlükəsiz şəkildə alış-veriş edə, saçlarınızın qayğısına qalasınız. Wegros icma əsaslı onlayn alış-veriş platforması olub istehsalçı, xidmət təminatçıları və istehlakçılar arasında birbaşa əlaqəni təmin edir. “Matrix Marketing” modelindən istifadə edərək istehsalçı və istehlakçıların məhsul və xidmətlərdən yüksək səviyyədə yararlanmasına xidmət edir. Elektron kommersiya sahəsində peşəkar və innovativ həllər formalaşdıran Wegros platforması istehsalçılara məhsullarını qlobal səviyyədə müxtəlif icmalara satmaq üçün sərhədlərarası imkan yaradan çoxsaylı əməkdaşlıq həyata keçirir. Bu da istehsalçı və istehlakçıların maksimum rahatlıqla alış-veriş etməsinə şərait yaradır.